Qarsda terror təşkilatı PKK-ya qarşı əməliyyat: 18 nəfər saxlanılıb

Qarsda terror təşkilatı PKK-ya qarşı əməliyyat: 18 nəfər saxlanılıb backend

Türkiyənin Qars vilayətində terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatda 18 şübhəli saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, valilikdən verilən açıqlamaya görə, terror təşkilatı PKK/KCK-nın hərəkət və fəaliyyətlərinin deşifrə edilməsi istiqamətində işlər davam etdirilir.

Bu çərçivədə sosial media tətbiqləri ilə PKK/KCK separatçı terror təşkilatı təbliğatı aparan şəxslərin tutulması üçün əməliyyat təşkil edilib.

Jandarma qrupları tərəfindən müəyyən edilən ünvanlarda həyata keçirilən əməliyyatda 18 şübhəli saxlanılıb.

Şübhəlilər haqqında jandarmada əməliyyatlar davam etdirilir.

QAZİLER.AZ

Diaspora