Rusiya hərbçiləri son 24 saat ərzində Kursk vilayətində düşmənin 7 əks-hücumunu dəf edib və rayonun Ukrayna Silahlı Qüvvələrindən azad edilməsini davam etdirib.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 28-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Kremyanoye, Nijni Klin və Novoivanovka yaşayış məntəqələri istiqamətində əks-hücumlar dəf edilib, Ukrayna Silahlı Qüvvələrinin Darino, Aleksandriya və Plexovo yaşayış məntəqələri istiqamətində dörd əks-hücum cəhdinin qarşısı alınıb.
“80-ə qədər ukraynalı hərbçi həlak olub və yaralanıb, üç zirehli döyüş maşını və dörd avtomobil məhv edilib. Ukrayna Silahlı Qüvvələrinin 3 hərbçisi təslim olub”, - deyə idarənin açıqlamasında bildirilir.
QAZİLER.AZ