Rusiya qoşunları Çasov Yarda irəliləyib - Britaniya kəşfiyyatı

Rusiya qoşunları Çasov Yarda irəliləyib -  Britaniya kəşfiyyatı backend

Rusiya qoşunları Ukraynanın şərqindəki gərgin döyüşlər gedən Çasov Yar şəhərində irəliləyiş əldə edib. Onlar iyuldan bəri bunu edə bilməmişdilər.

Qaziler.az bildirir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyiin X (Twitter) sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda qeyd edildiyi kimi, rus qoşunları böyük ehtimalla Çasov Yarın cənub hissəsində kanalı keçərək şəhərin sərhədlərinə yaxınlaşıblar.

Lakin Britaniya kəşfiyyatının məlumatına görə, kanal ərazisinin mərkəzi və şimal hissələrində hələ də şiddətli döyüşlər gedir və rus qoşunları bu ərazilərdə möhkəmlənə bilməyib.

"2024-cü ilin iyul ayının ortalarından indiyə qədər Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi genişmiqyaslı müdafiə tədbirləri səbəbindən kanalı keçə bilməyib", - Britaniya Müdafiə Nazirliyi qeyd edir.

QAZİLER.AZ

Diaspora