Kazanda keçirilən BRİKS sammitində Rusiya prezidenti Vladimir Putinlə BMT-nin baş katibi Antonio Quterreş arasında keçirilən görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 28-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
“Heç bir fikir ayrılığı yox idi. Təbii ki, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə dövlət başçısının mətbuat katibi brifinqdə bildirib.
O, həmçinin əlavə edib ki, söhbətin adətən media tərəfindən nümayiş etdirilən açıq hissəsi “məhz cənab Quterreşin xahişi ilə” ləğv edilib.
"Bu, bizim qonağımızın tələbi idi idi və biz bu tələbi təmin etməyə razılaşdıq", - Peskov aydınlıq gətirib.
QAZİLER.AZ