Rusiya bazarında baş verən yanğın lokallaşdırılır - VİDEO

Rusiya bazarında baş verən yanğın lokallaşdırılır - VİDEO backend

Rusiyanın Voronej şəhərindəki Koltsovski bazarında ticarət pavilyonlarında baş verən yanğın 800 kvadratmetr sahədə lokallaşdırılıb.

Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, oktyabrın 28-də Rusiya Fövqəladə Hallar Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Voronejdə 800 kvadratmetr sahədə yanğını lokallaşdırıblar", - məlumatda deyilir.

Koltsovski bazarında baş verən yanğın həmin gün səhər saatlarında məlum olub. Hazırda ərazidə 47 mütəxəssis və 14 texnika çalışır. “İzvestiya”nın müxbiri Nikolay Koçetkov bildirib ki, ilkin məlumata görə, itki yoxdur.

QAZİLER.AZ

Diaspora