Xüsusilə, regionda logistika dəhlizlərinin inkişafında Azərbaycanın rolu çox böyükdür.
QAZÍLER.AZ "Report"-a istinaden bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniş tərkibdə görüşü zamanı deyib.
“Logistika dəhlizlərinin inkişafında Azərbaycanın rolu çox vacibdir. Onun Rusiya və digər BRICS ölkələri ilə artan ticarət dövriyyəsinin həcmi də böyük əhəmiyyət kəsb edir”, - o bildirib.
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
