Rusiyanın Tümen vilayətində avtomobilin qabanlarla toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 25-də rayon Dövlət Yol Müfəttişliyindən məlumat verilib.
Qeyd olunur ki, “Lada Granta” markalı minik avtomobili üç çöl qabanı ilə toqquşub, bundan sonra avtomobil fənərləri sınmış halda qarşıdan gələn zolağa çıxıb. Avtomobilin sürücüsü fənərlə qarşıdan gələn nəqliyyat vasitələrini xəbərdar etməyə çalışıb.
İdarədən verilən məlumata görə, qarşıdan gələn “KamAZ” markalı yük maşınının sürücüsü toqquşmadan yayınmağa çalışsa da, əyləci basarkən ağır yük maşını fırlanaraq minik avtomobilini çuxura salıb və yolda dayanan sürücüsünü vurub.
Qəza nəticəsində 28 yaşlı “Lada”nın sürücüsü, həmçinin onun 28 yaşlı həyat yoldaşı, 10 aylıq qızı və 54 yaşlı anası ağır xəsarət alıb.
Yol-nəqliyyat hadisəsinin başvermə şəraiti aydınlaşdırılır.
QAZİLER.AZ