İraqın şimalındakı sığınacaqlarından qaçan 3 PKK terrorçusu Haburdakı Sərhəd Nəzarət Məntəqəsinə təslim olub.
Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi, İraqın şimalındakı sığınacaqlarından qaçan 3 PKK terrorçusunun Habur Sərhəd Polis Məntəqəsinə təslim olduğunu bildirib.
Nazirlikdən verilən açıqlamada: "Mehmetçikin qətiyyətli əməliyyatları nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan 3 PKK terrorçusu Haburdakı Sərhəd Nəzarət Məntəqəmizə təslim olub. Terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır”.
QAZİLER.AZ