Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü arzusu” partiyası qalib gələrsə, hazırkı prezidentə impiçment elan oluna bilər.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə ölkə prezidenti Salome Zurabişvili oktyabrın 24-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Jurnalistlərin “Gürcü Arzusu” partiyasının qarşıdan gələn seçkilərdə mümkün qələbəsi ilə bağlı sualını cavablandıran siyasətçi bildirib ki, belə bir halda onun həbsxanaya göndəriləcəyi ehtimalı var.
Mtavari telekanalı gürcü liderinin sözlərindən sitat gətirir: "Əgər bu baş verərsə, yəqin ki, məni impiçmentə məruz qoyacaqlar və həbs edəcəklər".
O, parlament seçkilərinin nəticələrinə görə ölkədə dövlət çevrilişi etməyi planlaşdırmadığını qeyd edərək, Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərin real nəticələrini açıqlayacağına ümid etdiyini bildirib.
QAZİLER.AZ