Rusiya Rumıniyadan olan jurnalisti qiyabi həbs edib

Rusiya Rumıniyadan olan jurnalisti qiyabi həbs edib backend

Rusiyanın Kursk şəhərinin Leninski Rayon Məhkəməsi qanunsuz olaraq Kursk vilayəti ərazisinə daxil olan Rumıniya media nümayəndəsi Barbu Mirçanın həbsi barədə qiyabi qərar çıxarıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə oktyabrın 24-də rayon məhkəmə sisteminin birgə mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Mirça naməlum şəxslərlə birlikdə “Ukrayna silahlı birləşmələrinin 2024-cü il avqustun 6-da tanklardan, artilleriyadan  və digər yüngül zirehli maşınlardan istifadə etməklə işğalı barədə reportaj çəkmək üçün Ukrayna ərazisindən Kursk vilayətinin Sudjanski rayonu ərazisinə daxil olub”.

Jurnalist federal, dövlətlərarası və beynəlxalq axtarışa da verilib.

QAZİLER.AZ

Diaspora