Rusiya Yaxın Şərqdəki vəziyyətdən narahatdır, münaqişənin daha da pisləşməsində maraqlı deyil.
QAZİLER.AZ izvestiya-ya istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammitinin yekunlarına dair mətbuat konfransında belə deyib.
“Kim nə deyirsə desin, Rusiya münaqişənin kəskinləşməsində maraqlı deyil. Strateji olaraq bundan heç nə qazanmayacağıq. Biz ancaq əlavə problemlər görəcəyik”, - deyə Putin bildirib.
Rusiya lideri bildirib ki, Moskva İran rəhbərliyi ilə sıx təmasdadır və vəziyyətin həllinə şərait yaratmaqda öz rolunu görür.
“Mənə elə gəlir ki, bu mümkündür. Regionda heç kim münaqişənin genişlənməsini və bir növ böyük müharibəni istəmir. Heç kim”, - o qeyd etdi.
QAZİLER.AZ