Lukaşenko Quterreşə sülh simvolu olaraq leylək heykəlini hədiyyə edib
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, BRICS-in Kazanda keçirilən sammiti çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb və ona ağ leylək heykəlini hədiyyə edib. Hədiyyəni təqdim edən Belarus lideri respublika üçün dünyada sülhün bərqərar olmasının vacibliyini bildirib.
"Bu sülhün simvoludur. Bizim leyləklər. Bizim, Antonio [Quterreş], həqiqətən də sülhə ehtiyacımız var”, - dedi.
Lukaşenko qeyd edib ki, Quterreş beynəlxalq gündəmdəki əsas məsələlərlə bağlı mövqeyini açıq şəkildə bəyan edən ilk BMT baş katibi olub. Xüsusilə, Belarus lideri Quterreşin Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyini dəstəkləyərək respublikanın hər zaman istənilən münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olacağını qeyd edib.
Quterreş oktyabrın 23-də Kazanda BRİKS sammitinə gəlib. Onu şəhərin beynəlxalq hava limanında Tatarıstan Respublikası Dövlət Şurasının sədri Fərid Muxametşin şəxsən qarşılayıb.
QAZİLER.AZ