Sivasda mikroavtobusla minik avtomobili toqquşub: Ölən və yaralananlar var

Sivasda mikroavtobusla minik avtomobili toqquşub:  Ölən və yaralananlar var backend

Türkiyənin Sivas bölgəsinin Altınyayla rayonunda sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Rəhmi Çelikin idarə etdiyi avtomobil Dəliilyas qəsəbəsi yaxınlığında Esat Çakırın idarə etdiyi sərnişin mikroavtobusu ilə toqquşub.

Xəbər verildikdən sonra hadisə yerinə təcili yardım briqadası və polis qrupları göndərilib.

Qəzada sürücülər, avtomobildə olan qadın və mikroavtobusda olan qadın yaralanıb.

Həkimlərin səyinə baxmayaraq Altınyayla Dövlət Xəstəxanasına çatdırılan yaralılardan Rəhmi Çelikin həyatını xilas etmək mümkün olmayıb.

QAZİLER.AZ

 

Diaspora