Rusiyada yerləşən Şimali Koreya əsgərləri başqa yerə köçürülür. Onlar Rusiya ərazisinin dərinliklərinə yerləşdirilə bilər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CDC) rəhbəri Andrey Kovalenkoya istinadən məlumat yayıb.
“Rusiya Federasiyasının Uzaq Şərqindən Rusiyanın dərinliklərinə KXDR hərbçilərinin hərəkəti var, sizə xatırladıram ki, Rusiya ilk növbədə, Kursk bölgəsində koreyalılardan istifadə etməyi planlaşdırır”, - Kovalenko qeyd edib.
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun sözlərinə görə, Rusiya Şimali Koreya hərbçilərini oktyabrın 23-də Kursk bölgəsinə daşımağa hazırlaşır.
QAZİLER.AZ