Türkiyənin 3 vilayətində "Kıskaç-29" əməliyyatı: 15 şübhəli tutulub - VİDEO

Türkiyənin 3 vilayətində "Kıskaç-29" əməliyyatı: 15 şübhəli tutulub - VİDEO backend

Türkiyənin 3 vilayətində FETÖ-yə qarşı keçirilən “Kıskaç-29” əməliyyatlarında 15 şübhəli ələ keçirilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında yer alan paylaşımda aşağıdakı ifadələr yer alıb:

“İstanbul İl Polis İdarəsi TEM Şöbə Müdirliyi tərəfindən Respublika Baş Prokurorluğunun koordinasiyasında  İstanbul mərkəzli Bursa və Manisada FETÖ-yə qarşı “Kıskaç-29” əməliyyatlı keçirilib.

Müxtəlif araşdırmalar çərçivəsində onların təşkilatın hərbi strukturu daxilində hərəkət və fəaliyyətlər həyata keçirdiklərini göstərən ifadələri və şəxsiyyəti təsdiq edən sənədləri olub,

Onlar təşkilatın gizli ünsiyyət üsulu olan taksafon telefonlar vasitəsilə təşkilat üzvləri ilə əlaqə saxlayıblar. Əməliyyatları koordinasiya edən Baş Prokurorluğumuzu və əməliyyatları həyata keçirən Qəhrəman Polisimizi təbrik edirik. Allah ayağınıza daş dəydirməsin. Millətimizin duaları sizinlədir”.

QAZİLER.AZ

 

Diaspora