UTX Kiyevdə terror aktı hazırlayan Rusiya agentlərini saxlayıb - FOTO

UTX Kiyevdə terror aktı hazırlayan Rusiya agentlərini saxlayıb - FOTO backend

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyevdə terror aktı hazırlayan Rusiya kəşfiyyatı agentlərini saxlayıblar. Onlar Zaporojye şəhərinin sakinləridir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Təhlükəsizlik Xidmətinə  istinadən məlumat yayıb.

“Təhlükəsizlik Xidməti və Milli Polis Kiyevdə Rusiya hərbi kəşfiyyatı tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb. Xüsusi əməliyyat nəticəsində Ukraynanın paytaxtında insanların sıx toplaşdığı yerlərdən birində əldəqayırma partlayıcı qurğu hazırlayıb işə salmalı olan iki rus agenti saxlanılıb”, - məlumatda deyilir.

UTX-nin əks-kəşfiyyatının məlumatına görə, işğalçıların məqsədi vətəndaşlar arasında çaxnaşma yaratmaq üçün Kiyevin mülki əhalisi arasında ölənlərin sayını artırmaq olub.

QAZİLER.AZ

 

Diaspora