İzmir sahillərində 41 qanunsuz miqrant xilas edilib

İzmir sahillərində 41 qanunsuz miqrant xilas edilib backend

Türkiyənin İzmiri şəhərinin Karaburun rayonu sahillərində 20-si uşaq olmaqla 41 qanunsuz mühacir xilas edilib.

Qaziler.az bildirir ki, sahil mühafizə komandanlığının internet saytında yer alan açıqlamaya görə, qanunsuz miqrantların olduğu rezin qayığın mühərrik nasazlığı səbəbindən rayon sahillərinə doğru sürükləndiyi, kömək tələbi xəbəri üzərinə qrup göndərilib.

Üzən rezin qayıqda olan 20-si uşaq olmaqla 41 qeyri-qanuni miqrant qruplar tərəfindən xilas edilib.

Qeyri-qanuni miqrantlar əməliyyatlardan sonra vilayət köç idarəsi müdirliyinə təhvil verilib.

QAZİLER.AZ

Diaspora