Gürcüstan prezidenti ABŞ səfiri ilə görüşüb

Gürcüstan prezidenti ABŞ səfiri ilə görüşüb backend

Gürcüstan prezidenti Salome Zurabişvili Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Robin Danniqan ilə görüşüb.

Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, görüş bu gün Orbeliani sarayında baş tutub.

Görüşün təfərrüatları açıqlanmayıb. Ehtimallara görə, tərəflər Gürcüstanda keçiriləcək parlament seçkilərini və Gürcüstanın avropapərəst kursunu müzakirə ediblər.

Həmin gün prezident yenidən dörd müxalifət koalisiyasının liderləri ilə görüşlər keçirib, görüşlərdə Gürcüstanın Avropaya inteqrasiyası və qarşıdan gələn səsvermə məsələsi müzakirə olunub.

QAZİLER.AZ

Diaspora