Şimali Koreya əsgərləri Rusiya Federasiyasının Primorsk ərazisinə gəliblər. Onlar Ukraynaya qarşı müharibəyə göndərilə bilər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna ASTRA Telegram kanalına istinadən məlumat yayıb.
Kanal Şimali Koreya əsgərlərinin göründüyü bir neçə video yayımlayıb.
ASTRA-nın məlumatına görə, onlar Sergeevka kəndindəki 127-ci motoatıcı diviziyanın 44980 saylı hərbi hissəsinə gəliblər.
“Şimali Koreyadan yaraşıqlı müttəfiqlər gəlib, ümid edirəm ki, müharibə bununla da bitəcək”, - videonun müəllifi yakut dilində bildirib.
Telegram kanalı qeyd edib ki, videoda yer alan kazarma kompleksi Primorsk diyarında ən yeni kompleksdir, 2022-ci ilin iyulunda açılıb.
QAZİLER.AZ