Hulusi Akar: Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir

Hulusi Akar: Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir backend

Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edir.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, keçmiş milli müdafiə naziri Hulusi Akar “Haber7”yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə təkcə özünün yox, həm də dost və qardaş ölkələrin maraqlarını müdafiə edir: “Müdafiə sənayesi məhsullarımız həm də bunun üçündür”.

H.Akar söyləyib ki, indi Türkiyə ordusu hər zamankından daha güclü olmalıdır: “Bəzən güc tətbiqinə də ehtiyac olur. Əgər diplomatiya dərmandırsa, hərbi güc cərrahi müdaxilədir".

Diaspora