Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin ölümündən danışdı

Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin ölümündən danışdı backend

"Törətdikləri cinayətlərin, yoldan çıxardıqları insanların, beyinlərini yuduqları gənclərin, şəhid qanlarının hesabını ödəmədən bu dünyadan getdilər, lakin ilahi ədalətdən qaça bilməyəcəklər. Allahın əzabı şiddətlidir".

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının iclasında FETÖ lideri Fətullah Gülənin ölümünə münasibət bildirirkən deyib.

Ərdoğan Güləni baş satqın adlandırıb: "Onun ölümü şəhidlərimizin ailələrinin ürəyinə bir az da olsa su səpdi".

R.T.Ərdoğan əlavə edib ki, rəhbərlik etdiyi dövlət heç vaxt qəyyumluğa, mafiyaya, terror təşkilatlarına, ədalətsizliyə, qanunsuzluğa boyun əyməyəcək.

Diaspora