"Fərat qalxanı" bölgəsində 2 terrorçu zərərsizləşdirilib

"Fərat qalxanı" bölgəsində 2 terrorçu zərərsizləşdirilib backend

Suriyanın şimalında "Fərat Qalxanı" bölgəsində aşkarlanan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Qaziler.az bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Fərat Qalxanı bölgəsində aşkarlanan 2 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin sosial media hesabından verdiyi açıqlamada bu ifadələrdən istifadə edilib: "Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalında "Fərat Qalxanı" bölgəsində aşkarladıqları 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Əziz vətənimiz üçün bütün gücümüzlə terrora və terrorçulara qarşı mübarizəmizi davam etdiririk”.

QAZİLER.AZ

Diaspora