Pentaqonun rəhbəri Ostin elan olunmamış səfərlə Kiyevə gəlib - FOTO

Pentaqonun rəhbəri Ostin elan olunmamış səfərlə Kiyevə gəlib - FOTO backend

ABŞ-ın müdafiə naziri Lloyd Ostin elan olunmamış səfərlə Kiyevə gəlib.

Qaziler.az bildirir ki, bu barədə  oktyabrın 21-də Wall Street Journal (WSJ) məlumat yayıb.

Materialda qeyd olunduğu kimi, səfər zamanı Pentaqon rəhbərinin Ukrayna prezidenti Vladimir Zelenski və ölkənin müdafiə naziri Rustem Umerovla görüşü gözlənilir.

Ostin səfər zamanı Vaşinqtonun noyabrın əvvəlinə ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində Kiyevə kömək etmək öhdəliyini nümayiş etdirmək niyyətindədir.

Bununla belə, məqalə müəllifləri yazır ki, səfər zamanı ABŞ Müdafiə Nazirliyinin rəhbəri Kiyev hakimiyyətinə Rusiyanın dərinliklərinə uzaqmənzilli silah zərbələri endirməyə imkan verməyəcək.

Ostin Twitter-də Kiyevə gəldiyini təsdiqləyib.

“Mən dördüncü dəfə Ukraynaya müdafiə naziri kimi gəldim və nümayiş etdirdim ki, ABŞ beynəlxalq ictimaiyyətlə birlikdə Ukraynanı dəstəkləməyə davam edir.

QAZİLER.AZ

 

Diaspora