Türkiyədə aşkarlanan “yeni doğulanlar qruplaşması” ilə bağlı bəzi xəstəxanalar bağlanıb

Türkiyədə aşkarlanan “yeni doğulanlar qruplaşması” ilə bağlı bəzi xəstəxanalar bağlanıb backend

Bir neçə gündür ki, Türkiyə mediasında yer alan mövzulardan biri də cəmiyyət arasında “yeni doğulanlar qruplaşması” adlandırılan dələduzluq sistemidir.

QAZÍLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, İstanbulda ifşa edilən qruplaşmanın ölkənin 112 Təcili Çağrı Mərkəzində çalışan şəxslər və bəzi xəstəxana işçiləri ilə əlbir olduğu aşkarlanıb. Onların özəl və dövlət xəstəxanalarından transfer etdikləri yeni doğulan sağlam körpələri uzun müddət reanimasiya şöbəsində baxımsız vəziyyətdə saxlayaraq ailələrindən pul tələb etdiyi, hətta bəzi uşaqların ölümünə səbəb olduğu müəyyən edilib.

İlkin məlumata görə, qruplaşma iki həkim və bir təcili tibbi yardım maşınının sürücüsü tərəfindən yaradılıb.

Son bir neçə gün ərzində hadisə ilə bağlı 50-ə yaxın şübhəli saxlanılıb. Onlardan 22-si həbs olunub, bəzi xəstəxanalar isə bağlanıb.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırma davam edir.

 

 

Diaspora