Moskva vilayətinin sakinləri qarğaların hücumlarına məruz qalıb

Moskva vilayətinin sakinləri qarğaların hücumlarına məruz qalıb backend

Rusiyanın Moskva vilayətinin Lyubertsı şəhərində qarğalar insanları və maşınları "daşa basıb".

Qaziler.az-ın məlumatına görə, 360.ru yazır ki, Moskva yaxınlığındakı Lyubertsıda qarğalar insanlara və maşınlara daş atmağa başlayıb. Zərərçəkənlərin nəşrə verdiyi məlumata görə, quşlar daşları evin damından götürürlər.

Yerli sakinlər qeyd ediblər ki, daşlar yaşayış kompleksinin ilk tikildiyi vaxtdan binanın damında qalıb. Quşlar üçün bu, sadəcə oyundur, lakin onlar bunun aşağıdakı insanlar üçün təhlükə yaratdığını təbii ki bilmirlər. Bir maşının ön şüşəsinə daş dəyib, onun dəyişdirilməsi təxminən 43 min rubla başa gələcək.

"Qarğa! Mən səni məhkəməyə verirəm! -  yerli sakinlərdən biri deyib.

QAZİLER.AZ

Diaspora