İlkin məlumata görə, Türkiyənin Aksaray vilayətində avtobus qəzası nəticəsində xəsarət alanlar arasında rusiyalılar yoxdur.
Qaziler.az bildirir ki, bu barədə “İzvestiya”ya oktyabrın 18-də Rusiyanın Türkiyədəki səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Avtobusun qəzaya uğraması həmin gün səhər saatlarında məlum olub.
Son məlumatlara görə, 30-dan çox insan yaralanıb, 7 nəfər ölüb.
Təcili yardım xidmətləri hadisə yerindədir.
QAZİLER.AZ