Ukraynalı desantçılar Rusiya tərəfində vuruşan misirlini əsir götürüblər. Bu, Kuraxovski istiqamətində baş verib.
Qaziler.az bildirir ki, bu barədə 79-cu hava hücumu Tavriya briqadasının mətbuat xidmətinin nümayəndəsi Orest Drimalovski telemarafonun efirində deyib.
O, həmçinin bildirib ki, misirli bu yaxınlarda Ukrayna əsgərləri tərəfindən əsir götürülüb. O, Rusiyaya İT texnologiyaları sahəsində ali təhsil almaq üçün gəlib, lakin Rusiya pasportunu aldıqdan sonra bir ay ərzində ona cəbhəyə çağırış vərəqəsi verilib.
"Həmin misirli çox maraqlı adamdır, dörd dil bilir. O, yaşayacaq", - Drmalovski deyib.
QAZİLER.AZ