Rusiyanın şərqində 11 minə yaxın Şimali Koreyalı piyada Ukraynaya qarşı müharibə üçün təlim keçir. Onlar noyabrda döyüşə başlayacaqlar.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
"Onlar noyabrın 1-də (Ukraynada döyüşməyə - red.) hazır olacaqlar", - Budanov bildirib.
Onun sözlərinə görə, Şimali Koreya əsgərləri Rusiya texnika və sursatlarından istifadə edəcəklər.
2600 nəfərdən ibarət ilk dəstə Kurska gedəcək, burada Budanovun qeyd etdiyi kimi, Ukrayna gərgin döyüş əməliyyatları üçün tramplin yaradıb. Qalan qoşunların taleyi hələlik məlum deyil.
QAZİLER.AZ