İŞİD-a qarşı əməliyyat: 13 nəfər saxlanılıb

İŞİD-a qarşı əməliyyat: 13 nəfər saxlanılıb backend

Türkiyədə mərkəzi Mersin olmaqla 9 vilayətdə terror təşkilatı İŞİD-a qarşı əməliyyat keçirilib.

Qaziler.az Türkiyə mətbuata istinadən bildirir ki, əməliyyat zamanı 13 nəfər saxlanılıb.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Mersin vilayət jandarma komandanlığı terror təşkilatı İŞİD üzvlərini texniki və fiziki olaraq təqib edib.

Təqib nəticəsində 13 nəfərin İŞİD terror təşkilatına maliyyə yardımı etdiyi müəyyən edilib.

Mərkəzləri Mersin və Kahramanmaraş, İstanbul, Konya, Hatay, Kayseri, Van, Bitlis və Karamanda olan bu insanlara qarşı eyni vaxtda əməliyyatlar təşkil edib.

Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib. Jandarmada nəzarətə alınan 13 nəfərin istintaqı davam edir.

QAZİLER.AZ

Diaspora