Aksarayda sərnişin avtobusunun aşması nəticəsində ilkin məlumata görə, 6 nəfər ölüb, 25 nəfər yaralanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Nurhan Hazerin idarə etdiyi 45 HB 0560 nömrəli tur avtobusu Aksaray-Ankara yolunun Acıpınar məntəqəsində naməlum səbəbdən aşıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım, polis və yanğınsöndürmə briqadaları göndərilib.
İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 25 nəfər yaralanıb.
QAZİLER.AZ