Türkiyəli aktyor Vural Çelik dünyasını dəyişib

Türkiyəli aktyor Vural Çelik dünyasını dəyişib backend

Türkiyənin kino, teatr və serial aktyoru Vural Çelik 51 yaşında dünyasını dəyişib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin Kino baş direktoru Birol Güven məlumat verib.

O,sənətçinin vəfatı ilə bağlı sosial media hesabında "Təəssüf ki, Vuralı itirdik. Çox təəssüf edirəm..." sözləri ilə paylaşım edib.

"Avrupa Yakası" serialındakı Kubilay Peynircioğlu obrazı ilə şöhrət qazanan Çelik aktyorluq karyerasına "Bir Demet Tiyatro" ilə başlayıb, "Seksenler", "G.O.R.A", "Organize İşler" kimi bir çox  yapımlarda rol alıb.

QAZİLER.AZ

Diaspora