Avstraliya 49 "Abrams" tankının Ukraynaya təhvil veriləcəyini açıqlayıb

Avstraliya 49 "Abrams" tankının Ukraynaya təhvil veriləcəyini açıqlayıb backend

Avstraliya 245 milyon dollarlıq yeni hərbi yardım paketi çərçivəsində köhnəlmiş 49 M1A1 "Abrams" tankını Ukraynaya təhvil verəcək.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Avstraliya hökumətinin saytına istinadən məlumat yayıb.

"Təxminən 245 milyon dollar dəyərində olan bu yardım paketi Ukrayna Silahlı Qüvvələrinin atəş gücünü və mobilliyini artıracaq və tərəfdaşların Ukrayna zirehli briqadalarına göstərdiyi dəstəyi tamamlayacaq", - Avstraliya hökumətinin bəyanatında deyilir.

Qeyd olunur ki, Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Avstraliyanın Ukraynaya göstərdiyi hərbi yardımın ümumi dəyəri 1,3 milyard dollar, dəstəyin ümumi məbləği isə 1,5 milyard dollardan çox olub.

QAZİLER.AZ

Diaspora