İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən İraq vətəndaşı, terror təşkilatı İŞİD şübhəlisi Kırıkkaledə saxlanılıb.
Qaziler.az bildirir ki, vilayət təhlükəsizlik müdirliyindən verilən açıqlamaya görə, Terrorla Mübarizə Şöbəsi qrupları, Kırıkkale Respublika Baş Prokurorluğunun koordinasiyasında İŞİD-in hərəkət və fəaliyyətlərinin deşifrə edilməsi üçün çalışıb.
Komandalar terror təşkilatı adından fəaliyyət göstərdiyi müəyyən edilən İraq əsilli B.A.H.-ı şəhərin mərkəzində yaxalayıb.
Qırmızı bülletenlə İnterpol tərəfindən axtarışda olduğu təsbit edilən şübhəli polis bölməsindəki əməliyyatlardan sonra həbs edilib.
QAZİLER.AZ