İsrail Qəzza zolağında HƏMAS liderini öldürüb? - İsrail Müdafiə Qüvvələrindən AÇIQLAMA

İsrail Qəzza zolağında HƏMAS liderini öldürüb? - İsrail Müdafiə Qüvvələrindən AÇIQLAMA backend

İsrail Müdafiə Qüvvələrinin (İDF) əsgərləri Qəzza zolağında 3 terrorçunu məhv edib. Onlardan biri HƏMAS lideri Yəhya Sinvar ola bilər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna SAXAL-ın Telegramına və "The Times of Israel"-ə istinadən məlumat yayıb.

"İlkin hesabat: İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı 3 terrorçu öldürülüb. İDF və İsrail Kosmik Agentliyi terrorçulardan birinin Yəhya Sinvar olması ehtimalını araşdırır. Hazırda terrorçuların şəxsiyyətini təsdiqləmək mümkün deyil". İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.

Hərbçilər həmçinin aydınlaşdırıblar ki, terrorçuların məhv edildiyi binada girovların izlərinə rast gəlinməyib.

İDF daha ətraflı məlumatı sonra açıqlayacağını vəd edib.

Eyni zamanda, “The Times of Israel”in adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, İDF-nin Sinvarı aradan qaldırdığına “yüksək ehtimal var”.

QAZİLER.AZ

Diaspora