Ermənistanın baş naziri Nikol Paşinyan Avropadakı erməni mühacirlərlə danışdığını bildirib və parlamentin iclasında onların getmə səbəblərini sadalayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Onun sözlərinə görə, ermənilər kababı sevmədikləri və orduda xidmət etmək istəmədikləri üçün ölkəni tərk edirlər.
“Sual yaranır: niyə mühacirət etdiniz, səbəb nə idi? Doğrudanmı Ermənistanda otellərdə ofisiant işləməyə yer yoxdur? Belə çıxır ki, biri saç düzümünə görə, biri qulağındakı sırğaya görə mühacirət edib, üçüncüsü xaşı sevmir, dördüncüsü kababı sevmir və s.”, - Paşinyan bildirib.
Həmçinin, əhalinin Ermənistandan getməsinin səbəbləri arasında baş nazir hərbi xidmətlə bağlı qorxuların olduğunu və ölkənin şərqində hərbidə qeyri-sabitliyi sadalayıb.
QAZİLER.AZ