Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 187 vətəndaş yaralanıb.
Apa-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, zəlzələ nəticəsində həyatını itirən olmayıb.
***
16:41
Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində Elazığda 94 nəfər yaralanıb, 2 binaya ciddi ziyan dəyib.
Apa-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.
Qeyd edək ki, səhər saatlarında Malatyanın Kale rayonunda baş vermiş 5,9 maqnitudalı zəlzələ ətraf bölgələrdədə də hiss olunub.