Ukrayna NATO-dan Bayden Ağ Evdə olduğu müddətdə dəvət almaq istəyir - Səfir

Ukrayna NATO-dan Bayden Ağ Evdə olduğu müddətdə dəvət almaq istəyir - Səfir backend

Ukrayna Co Bayden ABŞ prezidentliyini tərk etməmişdən əvvəl NATO-ya üzv olmaq üçün dəvət almaq istəyir. Bu, siyasi siqnal ola bilər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın NATO-dakı səfiri Nataliya Qalibarenkoya istinadən məlumat yayıb.

“Bizim fikrimiz budur ki, Ukraynaya indi (dəvət) verilməsi siyasi siqnaldır...Biz həqiqətən inanırıq ki, bu, indiki Amerika administrasiyasının mirasının bir hissəsi ola bilər", - o, dedi.

Nəşr qeyd edir ki, Ukrayna prezidenti Vladimir Zelenski son həftələrdə NATO-ya sürətli dəvəti qələbə planının bir hissəsi kimi qiymətləndirdiyini açıqlayıb.

QAZİLER.AZ

Diaspora