Moskvada biznesmenin avtomobilini partlatmaqda şübhəli bilinən şəxsin həbsinin görüntüləri yayılıb - VİDEO

Moskvada biznesmenin avtomobilini partlatmaqda şübhəli bilinən şəxsin həbsinin görüntüləri yayılıb - VİDEO backend

Moskvanın cənub-qərbində cinayət törətməkdə şübhəli bilinən şəxs Rusiya Qvardiyasının xüsusi çevik reaksiya bölməsinin dəstəyi ilə Rusiyanın paytaxtının cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, idarə müvafiq görüntüləri oktyabrın 16-da dərc edib.

“Əməliyyat-axtarış tədbirləri zamanı şübhəlinin şəxsiyyəti müəyyən edilib. Rusiya Qvardiyasının xüsusi təyinatlılarının dəstəyi ilə o, yaşadığı yerdə saxlanılaraq polisə təhvil verilib”, - Rusiya Qvardiyasının bəyanatında deyilir.

Görüntülərdən görünür ki, həmin şəxsin mənzilində axtarış zamanı silah-sursat, bıçaq və hərbi texnika aşkar edilib.

Moskvada sahibkarın avtomobilinin partladılması oktyabrın 15-də məlum olub. Hadisə zamanı biri uşaq olmaqla 3 nəfər yaralanıb. Azyaşlının başından kəsilmiş, iki nəfərdə isə qəlpə yaraları olduğu bildirilir. Zərərçəkənlər tibb müəssisələrinə yerləşdirilib.

Axşam saatlarında axtarışda olan şübhəli şəxs saxlanılıb. Onun 1973-cü il təvəllüdlü paytaxt sakini olduğu məlum olub. Həmin şəxs cinayətdə iştirakının yoxlanılması üçün İstintaq Komitəsinin bölməsinə aparılıb.

QAZİLER.AZ

Diaspora