Türkiyədə 5,9 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,9 bal gücündə zəlzələ baş verib backend

Türkiyənin Malatya bölgəsinin Kale rayonunda 5,9 bal gücündə zəlzələ olub. Zəlzələ bir çox ətraf əyalətlərdə hiss olunub.

Qaziler.az bildirir ki, AFAD-ın saytında yer alan məlumata görə, yerli vaxtla saat 10.46-da Malatyanın Kale rayonunda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ yerin təxminən 10,07 kilometr dərinliyində baş verib.

Zəlzələ Diyarbəkir, Elazığ, Kahramanmaraş, Tokat və Adıyamanda da hiss olunub.

QAZİLER.AZ

Diaspora