Şimali İraqda hava əməliyyatı: 14 PKK terrorçusu zərərsizləşdirilib

Şimali İraqda hava əməliyyatı: 14 PKK terrorçusu zərərsizləşdirilib backend

İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində 14 PKK terrorçusu zərərsizləşdirilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələri terror təşkilatı PKK-nı yuvasında vurmağa davam edir.

9-11 oktyabr 2024-cü il tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində ilkin məlumatlara görə Qara bölgəsində 9, Hakurk bölgəsində 5 olmaqla cəmi 14 PKK terrorçusu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Biz əzmliyik, qətiyyətliyik və terroru mənbəyində aradan qaldırmağa qadirik” vurğulanıb.

QAZİLER.AZ

Diaspora