Ukraynaya qarşı gecə hücumu zamanı Rusiya Ternopil vilayətindəki sənaye obyektlərindən birinə zərbə endirib. Böyük yanğın baş verib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ternopil hərbi administrasiyasına istinadən xəbər verir.
Yanğının nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün 12 ədəd xüsusi texnikadan istifadə etməklə 45 xilasedici və 4 ədəd xüsusi texnikadan istifadə etməklə 12 polis əməkdaşı cəlb olunub.
Fövqəladə Hallar Dövlət Xidmətinin və milli polisin koordinasiyalı və peşəkar fəaliyyəti nəticəsində yanğın tez bir zamanda lokallaşdırılaraq aradan qaldırılıb. OVA-dan verilən məlumata görə, ölən və yaralanan yoxdur.
Xatırladaq ki, Kiyevdə oktyabrın 15-i axşam saatlarında hava hücumu xəbərdarlığı elan edilmişdi. Buna səbəb düşmən kamikadze dronları “Şahed” olub.
QAZİLER.AZ