Moskva sakini dördüncü mərtəbədə yerləşən mənzilinin pəncərələrini silərkən yıxılıb və sonra özü təcili yardım çağırıb.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 14-də “İzvestiya”nın mənbəsi məlumat verib.
Həmsöhbətin sözlərinə görə, qadın sərxoş halda mənzilinin eyvanını təmizləmək qərarına gəlib və bu zaman pəncərədən yıxılıb. Eyni zamanda, moskvalının yanında cib telefonu olub və o özü təcili yardım çağıra bilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
QAZİLER.AZ