Sentyabrın 27-dən cümə günündən xəbər alınmayan universitet tələbəsi Rojin Kabaişin cəsədi Vanda tapılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, daxili işlər naziri Ali Yerlikaya 18 gündür itkin düşən universitet tələbəsi Rojin Kabaişin cansız cəsədinin tapıldığını bildirib.
Yerlikaya sosial media hesabından verdiyi açıqlamada bunları qeyd edib;
27 Sentyabr 2024 cümə günü Vandakı KYK yataqxanasından çıxan və 18 gündür itkin düşən universitet tələbəmiz Rojin Kabaişin cansız bədəni təəssüf ki, qruplarımız tərəfindən Van gölünün Molla Kasım kəndi sahilində tapılıb.
"Allah qızımız Rojinə rəhmət eləsin; Ailəsinə, yaxınlarına və əziz xalqımıza başsağlığı verirəm", - deyə o, qeyd edib.
QAZİLER.AZ