“Dirçəliş” Tatar Xalq Partiyası ictimai birliyi Rosfinmonitorinqin yenilənmiş terrorçu və ekstremist siyahısına daxil edilib.
QAZİLER.AZ bildirir ki, bu barədə oktyabrın 14-də idarənin saytında məlumat verilib.
Siyahıya həmçinin “Rusiya Azadlığı" Legionu” təşkilatının (Rusiya Federasiyasında terrorçu kimi tanınan və qadağan olunmuş) üzvü Pyotr Krasko da əlavə edilib.
Bir müddət əvvəl Rusiya məhkəməsinin qiyabi olaraq ukraynalı teleaparıcı Yanina Sokolovanı (Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxildir) ümumi rejimli koloniyada səkkiz il müddətinə azadlıqdan məhrum etdiyi bildirilib.
QAZİLER.AZ