Antalya hava limanının tualetində doğuş edən rusiyalı qadın körpəsini tualetdə ölümə tərk edib.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 14-də Halk TV məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hava limanı əməkdaşları yeni doğulmuş uşağı 12 dəqiqə sonra tapıb və bu, onun həyatını xilas edib. Körpə xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu bildiriblər.
Şübhəlilər 18 yaşlı Yekaterina Burnaşkina və onun 47 yaşlı anası Yelena kamera görüntülərindən müəyyən edilib. Onlar Moskvaya uçmaq üçün gözləmə zalında saxlanılıblar.
Rusiyanın Türkiyədəki Baş Konsulluğu körpənin anası ilə əlaqə saxladığını təsdiqləyib və yardım göstərmək niyyətini açıqlayıb, RİA Novosti qeyd edib.
QAZİLER.AZ