"Sevastopol sakini dövlətə xəyanətdə və terror aktı hazırladığına görə 21 il müddətinə azadlıqdan məhrum edilib".
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 14-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krım Respublikası və Sevastopol üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Cənub Rayon Hərbi Məhkəməsi həmin şəxsi dövlətə xəyanətdə və terrorçuluq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə təlimdə təqsirli bilib.
Rusiyanın işğalı altındakı Krımın Sevastopol şəhər sakini 21 il müddətinə azadlıqdan məhrum edilib.
QAZİLER.AZ