Türkiyədə 6 mütəşəkkil cinayətkar qrup məhv edilib - VİDEO

Türkiyədə 6 mütəşəkkil cinayətkar qrup məhv edilib - VİDEO backend

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 'Kuyu-34' və 'Kuyu-35' əməliyyatları ilə 6 mütəşəkkil cinayət təşkilatının məhv edildiyini açıqlayıb. Əməliyyatlar zamanı cinayətkar təşkilatın 91 üzvü həbs edilib, çoxlu sayda silah və rəqəmsal material ələ keçirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, qruplaşmanın liderlərinin Kahramanmaraşda Muhammed Kaya, Mersində Həsən Sağsız, Dənizlidə Niyazi Dönmez, Antalyada Mustafa Akel, Qaziantepdə Ümit Öge və İstanbulda Turqut Yalçın olduğunu bildirib. 6 mütəşəkkil cinayətkar qrupa qarşı “planlı və proqnozlaşdırılan əməliyyat” həyata keçirildiyini bildirib.

Əməliyyatlar zamanı saxlanılan 115 şübhəlidən 91-nin həbs olunduğunu, 24-ü haqqında isə adi nəzarət əmri verildiyini bildirən Yerlikaya, "Mütəşəkkil cinayətkar təşkilatlar və dəstələr qazdıqları quyulara düşməyə davam edir. Xalqımız bizə güvənir, inanır. Onların duaları və dəstəyi ilə mübarizəmiz davam edir”, - ifadələrindən istifadə edib.

QAZİLER.AZ

Diaspora