Rəfiqəsinin qətlini təşkil edən təqaüdçü 15 il müddətinə azadlıqdan məhrum edilib - VİDEO

Rəfiqəsinin qətlini təşkil edən təqaüdçü 15 il müddətinə azadlıqdan məhrum edilib - VİDEO backend

Rusiyada məhkəmə ona olan borcuna görə rəfiqəsinin qətlini təşkil edən 64 yaşlı təqaüdçünü 15 il müddətinə azadlıqdan məhrum edib.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 14-də Krasnoyarsk diyarı prokurorluğunun Telegram kanalında məlumat verilib.

2023-cü ildə təqsirləndirilən şəxs 67 yaşlı rəfiqəsindən 200 min rubl borc götürüb, lakin məbləği qaytarmaq istəməyib və buna görə də killer tutub. Həmin şəxs cinayəti əvvəllər qadından 600 min rubl borc aldığı üçün törədib.

O, qurbanla tanış olub, sonra ona baş çəkməyə və ev işlərində kömək etməyə başlayıb. Tanışlıqdan bir müddət sonra o, qadının başına metal əşya ilə zərbə endirib. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.

Sifarişçinin göstərişi ilə cinayətkar mərhumun evini qarət edib. Cinayatkarlar 6 milyon rubldan artıq xarici valyutada pul, avtomobil, sənədlər və digər əmlakı oğurlayıblar.

Sifarişçi günahını etiraf etməyib və həttabağışlanmağını xahiş edib. Bununla belə, məhkəmə onu qətl və quldurluğu təşkil etməkdə ittiham edərək 15 il müddətinə azadlıqdan məhrum edib və 369 min rubl məbləğində cərimə edib.

Cinayətin ortağı hələ bu ilin mayında 13 il müddətinə azadlıqdan məhrum edilib.

QAZİLER.AZ

Diaspora