Oktyabrın 12-dən 13-nə keçən gecə Rusiyada Tu-134 hərbi-nəqliyyat təyyarəsi yandırılıb. Sovet təyyarəsi, o cümlədən, Rusiyanın Müdafiə Nazirliyinin rəhbərliyini daşımaq üçün istifadə olunur.
Bu barədə RBC-Ukrayna Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) Telegram kanalına istinadən məlumat yayıb.
Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, təyyarə Rusiya Silahlı Qüvvələrinin 117-ci Hərbi Nəqliyyat Aviasiya Alayına məxsus olub və Orenburq-2 hərbi aerodromunda yerləşib.
Hələlik vəziyyətin digər təfərrüatları açıqlanmır.
QAZİLER.AZ