Axtar...
Publika.az
Türkiyənin Rize Artvin Hava Limanında dəhşətli anlar yaşanıb.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, İstanbul istiqaməti üzrə uçuşdan öncə təyyarə qapısının bağlandığı an ildırım düşüb. Nəticədə təyyarənin əməliyyat məmuru huşunu itirərək yerə yıxılıb.
Hadisə yerinə tibbi yardım briqadaları gəlib, yaralı işçi xəstəxanaya aparılıb. Onun vəziyyəti qənaətbəxşdir.
Əraziyə ildırım düşməsi hadisələri davam etdiyi üçün əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. 24 dəqiqəlik gözləmədən sonra əməliyyatlar bərpa olunub.